[b]“Hamı elə bilir əlimdə sehirli çubuq var” - FOTO[/b]
28.10.2016 - 00:00
[b]“Hamı elə bilir əlimdə sehirli çubuq var” - FOTO[/b]

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın son oyunlardakı uğursuzluqları barəsində açıqlama verib. Apasport.az saytının məlumatına görə, ispan çalışdırıcı “Marca”ya verdiyi açıqlamasında maraqlı fikirlər səsləndirib.

 

“Mən 10 oyun ardıcıl udanda nə edirdimsə, indi də onu edirəm. Ancaq bu cür enişlər bütün komandalarda olur. Hamı elə düşünür ki, mənim əlimdə sehirli çubuq var. Ancaq bu, futbolda mümkün deyil. Hər komandanın yaxşı və pis nəticələri ola bilər. Ümid edirəm ki, bu hal çox davam etməz, ancaq bu, işimizin bir parçasıdı” – deyə Pep bildirib.

 

Qeyd edək ki, “Mançester Siti” ardıcıl 6 oyundu ki, qələbəyə həsrət qalır.

0