[b]“Həmin qoldan sonra “Qarabağ” oyundan qopdu”[/b]
28.11.2016 - 16:20
[b]“Həmin qoldan sonra “Qarabağ” oyundan qopdu”[/b]

“Gənc olsam da, penalti ustası ola bilərəm. “Qarabağ” və “Slovaçko” ilə görüşlərdə bunu bir daha göstərdim”. Apasport.az saytının məlumatına görə, bunu “Slovan”ın hücumçusu Nikolay Komliçenko deyib.

 

Avropa Liqasının V turunda “Qarabağ” üzərində böyükhesablı (3:0) qələbənin 2 qolla memarı olan rusiyalı forvard dünən Çexiya çempionatının XV turunda “Slovaçko” ilə (2:2) qarşılaşmada da dubl edib. 21 yaşlı oyunçu “Qarabağ”ı bir dəfə penaltidən cəzalandırmışdısa, dünənki görüşdə hər iki topu penalti zərbəsi ilə qapıdan keçirib.

 

Çexiya mətbuatına danışan Komliçenko artıq kifayət qədər təcrübə topladığını bildirib: “Penalti zərbəsi zamanı əvvəlcə sola, sonra isə sağ küncə baxıb mövqeyimi müəyyənləşdirir və topu qüvvətlə həmin zonaya vururam. Hələ ki, bu baxımdan bəxtim gətirir. “Qarabağ”la görüşdə penaltidən vurduğum qol kritik oldu. Çünki məhz ondan sonra rəqib oyundan qopdu. Təəssüf ki, dünənki görüşdə vurduğum qollar qələbə üçün yetmədi”.

 

Qeyd edək ki, müqavilə ilə “Krasnodar”a məxsus olan Nikolay Komliçenko bu il “Slovan”a icarəyə verilib.