FİFA 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mükafat uğrunda mübarizə aparacaq siyahıda 3 mütəxəssis qalıb.
Onlardan ikisi klub çalışdırıcısıdı. Bunlar “Real”ın baş məşqçisi Zinəddin Zidan, “Lester”ə rəhbərlik edən Klaudio Ranyeridi.
“İlin məşqçisi” adına iddia edən yeganə yığma təmsilçisi Portuqaliya millisinin çalışdırıcı Fernandu Santuşdu.
Qadın məşqçilər arasında müvafiq mükafata 3 iddiaçı qalıb. Bunlar ABŞ yığmasının çalışdırıcısı Jill Ellis, İsveç millisinin baş məşqçisi Pia Sandhaus və Almaniya yığmasındakı fəaliyyəti başa çatan Silviya Neyddi.
Qeyd edək ki, FİFA-nın səsverməsində milli komandaların baş məşqçiləri və kapitanları iştirak edib. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Santuşu ən yaxşı seçib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı