[b]“İnter” – “Qəbələ” matçının vaxtı bəlli oldu[/b]
01.03.2017 - 12:41
[b]“İnter” – “Qəbələ” matçının vaxtı bəlli oldu[/b]

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək “İnter” – “Qəbələ” matçının vaxtı müəyyənləşib. Apasport.az paytaxt klubunun feysbuk səhifəsinə istinadən xəbər verir ki, martın 4-də baş tutacaq qarşılaşma bir qədər gec saatlarda start götürəcək.

 

Belə ki, oyunun start fiti 20:00-da səslənəcək.

 

Qeyd edək ki, “İnter” – “Qəbələ” görüşü “İnter Arena”da keçiriləcək.