[b]“İnter” “Zirə” ilə bacarmadı[/b]
05.08.2017 - 22:59
Azərbaycan Premyer Liqası təmsilçiləri “İnter” və “Zirə” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib.
Görüş Ayxan Abbasovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin qollarını Təmkin Xəlilzadə və David Manqa vurub. “İnter”in heyətində isə Mirsahib Abbasov fərqlənib.
0
0