[b]“İnter” Almaniya çempionatının lideri ilə görüşəcək[/b]
29.12.2015 - 14:16
[b]“İnter” Almaniya çempionatının lideri ilə görüşəcək[/b]

Bakı “İnter”inin Antalyada keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyədə Almaniyanın “Vakker Nordhauzen” klubu ilə görüşəcək.

 

Bunu Regionalliqanın Şimal-Şərq zonasına çıxış edən klubun rəsmiləri açıqlayıb. Onlar Antalyada 3 yoxlama matçı keçirəcəyini, bunlardan birində “İnter”lə qarşılaşacağını iddia edir.

 

Qeyd edək ki, ötən mövsüm öz zonasında 3-cü olan aşağı liqa təmsilçisi qış fasiləsinədək keçirilən 18 turdan sonra çempionatın lideridi.