“İnter” yeni oyunçu almaq istəyir. Apasport.az saytının məlumatına görə, Milan klubu yarımmüdafiə mövqeyini gücləndirmək üçün hərəkətə keçib.
“Neradzurra”nın ilk hədəfi “Tottenhem”in argentinalı futbolçusu Erik Lameladır. İtaliyalılar əvvəlcə onu daimi əsaslarla heyətə qatmaq istəsə də, maliyyə “fair play” qaydaları çərçivəsindən kənara çıxdıqları üçün əvvəlcə icarə variantı üzərində düşünürlər.
Londonlular da oyunçularını müvəqətti buraxmağın əleyhinə deyil. Belə ki, uzunmüddətli zədədən sonra özünə gələ bilməyən Lamela üçün yeni komanda toparlanması üçün faydalı ola bilər.
Qeyd edək ki, Erik bu mövsüm Premyer Liqada cəmi 8 oyunda meydana çıxa bilib.