[b]“İnter” Azərbaycanı tərk etdi[/b]
11.07.2016 - 11:12
[b]“İnter” Azərbaycanı tərk etdi[/b]

Bakının “İnter” klubu təlim-məşq toplanışı keçirmək üçün səhər saatlarında Türkiyəyə yola düşüb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan “bankirlər” Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşacaqlar.

 

Zaur Svanadzenin yetirmələri toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.

 

İyulun 14-də “İnter” Türkiyə Superliqasının təmsilçisi “Kasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:00-da baş tutacaq. Bakı klubu həmçinin iyulun 18, 22 və 25-də yoxlama oyunlarında qüvvəsini sınayacaq. Rəqiblər hələlik məlum deyil.

 

Qeyd edək ki, “İnter” Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq.