[b]Azərbaycan klubu Bundesliqa təmsilçisi ilə qarşılaşacaq[/b]
07.01.2016 - 17:42
[b]Azərbaycan klubu Bundesliqa təmsilçisi ilə qarşılaşacaq[/b]

Bakının “İnter” klubunun Türkiyə toplanışındakı daha bir rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, yanvarın 13-də Almaniya “Verder”inin gənclər komandası ilə qarşılaşacaq Zaur Svanadzenin yetirmələri iki gün sonra Bundesliqa təmsilçisinin özü ilə qarşılaşacaq.

 

Alman həmkarlarımızın iddiasına əsasən, bakılıların Viktor Skripnikin çalışdırdığı komanda ilə qarşılaşması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

“İnter”in Antalyadakı son oyunu isə yanvarın 23-də baş tutacaq. Həmin gün təmsilçimiz Qazaxıstan “Atırau”su ilə görüşəcək.

 

Qeyd edək ki, 4 dəfə Almaniya çempionu olan “Verder” 1992-ci ildə Kuboklar kubokunu qazanıb. Hazırda heç də yaxşı günlərini yaşamayan Bremen təmsilçisi I dövrədən sonra 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.