“İnter”in əfsanəvi qapıçısı Françesko Toldo sevimli komandasının əvvəlki əzəmətini qaytaracağına inanır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Toldo “neradzurra”nın maliyyə durumunun buna imkan verdiyini bildirib.
Onun fikrincə, Milan təmsilçisi tezliklə Çempionlar Liqasında mübarizə aparacaq: “İnter” yenidən böyük klub olmaq yolunda inamla addımlayır. Kluba böyük investisiya qoyulur və bu komanda tezliklə yenidən Çempionlar Liqasında oynayacaq. Bizim çinli rəhbərimiz və indoneziyalı prezidentimiz var. Onlar güclü legionerlərin transferinə çalışırlar. Bu, olduqca müsbət haldı. “İnter”in Asiya da daxil olmaqla 163 milyon azarkeşi var”.
Qeyd edək ki, Françesko Toldo karyerasının son klubu olan “İnter”də 9 il (2001-2010) çıxış edib.