[b]“İnter” lider önünə itki ilə çıxacaq[/b]
11.04.2017 - 09:35
[b]“İnter” lider önünə itki ilə çıxacaq[/b]

Azərbaycan Premyer Liqasının XXV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, İlkin Qırtımov və Emin Cəfərquliyev növbəti turu buraxacaq.

 

Sonuncu AZAL-ın “Sumqayıt”la ev oyununda (1:2) sarı vərəqə alıb. Bu da kapitan üçün mövsümdə 4-cü xəbərdarlıq olub. O, aprelin 15-də keçiriləcək “Neftçi” ilə görüşdə “istirahət edəcək”.

 

İlkin isə çempionatda 8-ci dəfə “sarı” alıb. “Zirə” ilə səfər qarşılaşmasında (1:1) aldığı cəza onun mərkəzi oyuna yolunu bağlayıb. Belə ki, növbəti turda onun komandası “Qarabağ”ı qəbul edəcək. Mükafatçıların dueli aprelin 16-da keçiriləcək.