[b]“İnter” Mourinyonu qaytarmaq istəyir[/b]
05.11.2016 - 13:07
[b]“İnter” Mourinyonu qaytarmaq istəyir[/b]

Portuqaliyalı məşqçi Joze Mourinyo yenidən İtaliyada işləyə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Mançester Yunayted”i çalışdıran mütəxəssisin xidmətində “İnter” maraqlıdı.

 

“Neradzurra” Mourinyonu cari mövsümün sonunda geri qaytarmaq niyyətindədi.

 

53 yaşlı məşqçi 2008-2010-cu illərdə Milan təmsilçisini çalışdırıb.

 

Qeyd edək ki, “İnter” rəhbərliyi bir neçə gün öncə hollandiyalı Frank de Buru baş məşqçi postundan göndərib.