[b]“İnter” paytaxt derbisinə 4 itki ilə çıxacaq[/b]
06.04.2016 - 14:50
[b]“İnter” paytaxt derbisinə 4 itki ilə çıxacaq[/b]

Topaz Premyer Liqasının XXIX turunda AZAL-la qarşılaşacaq “İnter” paytaxt derbisinə itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 4 futbolçu həftəsonu məşqçilər korpusunun ixtiyarında olmayacaq.

 

“Qəbələ” ilə son qarşılaşmada zədələnərək bir aylıq sıradan çıxan qapıçı Kamran Ağayevlə yanaşı, yarımmüdafiəçi Nizami Hacıyev və hücumçular Qara Qarayevlə Rauf Əliyev də zədədən əziyyət çəkirlər.

 

XXVII turda “Neftçi” ilə matçda cəmi 10 dəqiqə oynamaq imkanı əldə edən Nizami Hacıyev hazırda həkim nəzarətindədi. Kapitan terapiya üçün tez-tez Gürcüstana gedib-gəlir və ordakı həkimlə müntəzəm əlaqədədi.

 

Gənc oyunçu Qara Qarayev fərdi məşqlərlə kifayətlənirsə, uzun müddətdi futboldan uzaq qalan Rauf Əliyev kollektiv hazırlıqlara qatılır. Lakin fiziki formasını düzəltməsi üçün millimizin forvardına daha bir neçə gün vaxt lazımdı. Qarşıdakı oyunu buraxacaq Əliyevin növbəti turdan əvəzedicilərlə oyuna çıxması gözlənilir.

 

Qeyd edək ki, “İnter” – AZAL oyunu aprelin 9-da keçiriləcək.

0