Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “İnter”in yoxlama görüşü keçirəcəyi rəqiblərdən birinin adı məlum olub. Apasport.az saytı xəbər verir ki, “bankirlər” Antalya toplanışında Rumıniya klubu ilə üz-üzə gələcəklər.
Yanvarın 10-da Türkiyəyə yollanacaq “İnter” yoxlama görüşlərindən birini “Politexnika İaşi”yə qarşı keçirəcək. Rumıniya mətbuatının yazdığına əsasən, Bakı təmsilçisinin bu komanda ilə oyunu yanvarın 23-də baş tutacaq.
“İnter”dən fərqli, “Politexnika İaşi” klubu Antalyaya yanvarın 12-də yollanacaq.
Qeyd edək ki, “İnter”in rəqibi Rumıniyanın Liqa-1-də 21 oyundan sonra 25 xal toplayıb və turnir cədvəlində 14 komanda arasında 9-cu pillədə qərarlaşıb.