[b]“İnter” Superliqa klubları ilə qarşılaşacaq[/b]
06.06.2016 - 16:38
[b]“İnter” Superliqa klubları ilə qarşılaşacaq[/b]

“İnter”in yay toplanış proqramı məlum olub. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər”in təlim-məşq toplanışı 3 mərhələdən ibarət olacaq.

 

Baş məşqçi Zaur Svanadze iyunun 18-də kollektivi bir araya toplayacaq. Həmin gün Türkiyəyə yola düşəcək Bakı klubu ayın 30-da vətənə dönəcək. İlk hazırlıq mərhələsi çərçivəsində yoxlama görüşü planlaşdırılmayıb.

 

İyulun ilk 10 günündə öz bazasında hazırlıq keçəcək “İnter” həmin ayın 11-də yenidən Türkiyəyə gedəcək. Budəfəki məkan isə Qızılcahamam olacaq. 19 günlük toplanış müddətində 5 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. “İnter”lə yoxlama görüşləri təşkil edən şirkət arasında imzalanan müqaviləyə görə, rəqiblərdən ən azı 2-si Türkiyə Superliqa təmsilçisi olacaq. Ancaq həmin komandaların adları hələ bəlli deyil.

 

İyulun 30-da Bakıya dönəcək paytaxt klubu növbəti mövsümün son hazırlıqlarını “İnter Arena”da keçəcək.