[b]“İnter” və “Zirə”ni fərqləndirən məqamlar[/b]
30.06.2017 - 15:20
[b]“İnter” və  “Zirə”ni fərqləndirən məqamlar[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları “Zirə” və “İnter”in çıxış etdiyi mərhələnin ən yaxşıları arasında təmsilçilərimiz də yer alıb.

 

“Zirə” bir sıra göstəricilərdə fərqlənib. Ayxan Abbasovun yetirmələri qapı istiqamətində 23 zərbə endirib. Bu nəticə 100 iştirakçı arasında 4-cü yerə şərikdi.

 

Bu zərbələrdən 11-i çərçivəyə düşüb. Dəqiq zərbə sayında bakılılar yarışın 2-ci komandası adına şərik olub.

 

Qeyri-dəqiq zərbə sayında da zirəlilər ön sıralardadı. Zirəlilər 9 dəfə hədəfdən yayınıb.

 

Təmsilçimiz oyundankənar vəziyyətə düşməkdə rekordçudu. Təmsilçimiz Kipr AEL-i ilə birlikdə hərəyə 6 dəfə ofsayda düşüb.

 

“İnter” isə intizamlılar sırasında yer alıb. Zaur Svanadzenin yetirmələri cəmi 4 qayda pozuntusuna yol verib. Bakılılar bu göstəricidə 3-cü yerə şərikdi.

 

Qeyd edək ki, “Zirə” “Differdanj” (2:0), “İnter” isə “Mladost”la (3:0) qarşılaşıb.