[b]“İnter”də Skarlatake və Abışov problemi [/b]
09.09.2016 - 16:06
[b]“İnter”də Skarlatake və Abışov problemi [/b]

Topaz Premyer Liqasının IV turunda “Sumqayıt”ın qonağı olacaq “İnter” matça itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər”in 2 aparıcı oyunçusu hələ də zədəlidi.

 

Söhbət Adrian Skarlatake və Ruslan Abışovdan gedir. Zədədən əziyyət çəkən Skarlatakenin Sumqayıt səfərində meydana çıxmayacağı dəqiqdi. Abışov da analoji vəziyyətlə üzləşib. Zədəsini tam sağaltmayan milli üzvünün bu tur “İnter”ə kömək etməmək ehtimalı böyükdü.

 

Ruslan Abışov zədəsi ilə əlaqədar, San-Marino ilə oyunöncəsi yığmanın düşərgəsindən kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək “Sumqayıt” – “İnter” matçı saat 20:30-da start götürəcək.