[b]“İnter”də yeni müdafiəçi[/b]
09.08.2017 - 19:28
“İnter” daha bir futbolçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Fransanın “Nitsa” klubunda çıxış edən braziliyalı sol cinah müdafiəçisi Dalbert Enrikeni heyətinə cəlb edib.
Bu barədə klub rəsmi açıqlama yayıb. 24 yaşlı futbolçu yeni klubu ilə 2022-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Dalbert peşəkar karyerasına 2013-cü ildə Portuqaliyanın “Akademiko de Vizeu” klubunda başlayıb. 2015-ci ildə bu ölkənin digər klubu "Vitoriya"ya transfer olunan futbolçu "Nitsa"da 2016-cı ildən çıxış edirdi.
0
0