Bakı “İnter”inin Uşaq və Gənclər Futbol Məktəbin sabiq rəhbəri Pyotr Noyştadter özünə yeni iş yeri tapıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, 50 yaşlı futbol funksioneri Qazaxıstana köçüb.
Almaniya əsilli olan Qazaxıstan vətəndaşı bu ölkənin “Kayrat” klubu ilə anlaşıb. Futbolçu illərində iki dəfə “Kayrat”a transfer olunmuş və Qazaxıstan millisinin forması altında 3 matç keçirmiş sabiq “İnter”li yeni klubunda idman direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, Pyotr Noyştadterin oğlu Roman Noyştadter Rusiya yığmasında çıxış edir və bu yay “Şalke”dən “Fənərbaxça”ya transfer edilib.