Bakı “İnter”i səfər sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 səfər matçında qələbə qazana bilməyən Zaur Svanadzenin yetirmələri Premyer Liqanın XVIII turunda istəyinə çatıb.
Bakılılar AZAL-la paytaxt derbisində Nizami Hacıyevin qolu ilə qalib gəlib – 1:0. “İnter” rəqib meydanındakı son qələbəsini də məhz “təyyarəçilər” üzərində qazanmışdı.
2016-cı il sentyabrın 24-də AZAL-ın meydanından 3:1 hesablı qələbə ilə ayrılan “İnter” sonrakı 5 görüşdə 4 heç-heçə edib, 1 dəfə uduzmuşdu.
Bu qələbəni 142 gün gözləyən “İnter” “Kəpəz” (0:0), “Neftçi” (1:2), “Zirə” (1:1), “Qarabağ” (0:0) və “Sumqayıt”la (2:2) görüşüb.