[b]“İnter”in 3 rəqibi bəlli oldu[/b]
06.01.2017 - 14:20
[b]“İnter”in 3 rəqibi bəlli oldu[/b]

Yanvarın 10-da Antalyaya yollanacaq “İnter”in Türkiyədəki hazırlıq planı bəlli olub. Apasport.az saytının məlumatına görə, “bankirlər” qardaş ölkədə 4 yoxlama oyunu keçirəcəklər.

 

Paytaxt klubunun sparrinq rəqiblərindən 3-ü artıq bəllidi. Yalnız yanvarın 13-nə planlaşdırılan matçdakı rəqibin kimliyi bilinmir. Bununla bağlı, klub rəhbərliyi hazırda danışıqlar aparır.

 

Yanvarın 18-də Rumıniyanın “Botoşani” klubu ilə üz-üzə gələcək “İnter” növbəti görüşünü ertəsi gün Tacikistan təmsilçisi “İstiqlol”a qarşı keçirəcək. Zaur Svanadzenin yetirmələri 4-cü yoxlama oyununa isə yanvarın 21-də çıxacaqlar. Budəfəki rəqib Rusiyanın “Orenburq” klubu olacaq.

 

Bu gün Rumıniya mətbuatında “İnter”in yanvarın 23-də “Politexnika İaşi” klubu ilə yoxlama görüşündə üz-üzə gələcəyi yazılmışdı. Görünür, tərəflər arasında həmin tarix üçün danışıqlar son anda baş tutmayıb.