[b]“İnter”in Ankaradakı ikinci rəqibi də bəlli oldu[/b]
12.07.2016 - 01:54
Ankaranın Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşmış Bakının “İnter” klubunun hazırlıq matçı keçirəcəyi ikinci rəqibi də bəlli olub. Apasport.az saytının məlumatına görə, “bankirlər” PTT 1-ci liqa təmsilçisi “Elazığspor”la qarşılaşacaqlar.
Bu barədə Türkiyə təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, Zaur Svanadzenin komandası Türkiyədəki ilk sınaq matçını iyulun 14-də “Kasımpaşa”ya qarşı keçirəcək.
0
0