[b]“İnter”in baş məşqçisi dəyişilməyəcək[/b]
15.03.2016 - 11:40
[b]“İnter”in baş məşqçisi dəyişilməyəcək[/b]

İtaliyanın “İnter” klubu baş məşqçisi Roberto Mançini ilə yolları ayırmaq niyyətində deyil. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “neradzurra”nı növbəti mövsümdə də Mançini çalışdıracaq.

 

Bu barədə məlumatı klubun prezidenti Erik Tohir verib. O bildirib ki, Mançininin istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlər reallığını əks etdirmir: “Mançini gələn il də “İnter”in baş məşqçisi postunda qalacaq. Onunla müqaviləmiz var. Biz “İnter”i çempion görmək istəyirik. Son 2 mövsümdə komanda çox inkişaf edib”.

 

Qeyd edək ki, A seriyasında 29 turdan sonra 54 xal toplayan “İnter” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Milan təmsilçisi lider “Yuventus”dan 13 xal geri qalır.