[b]“İnter”in hücumçusu ehtiyatda “fərqləndi”[/b]
18.09.2016 - 21:05
[b]“İnter”in hücumçusu ehtiyatda “fərqləndi”[/b]

Topaz Premyer Liqasının V turunda keçirilən “İnter” – “Neftçi” oyununda qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, hadisə qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş son dəqiqədə baş verib.

 

Belə ki, “İnter”in texniki zonasına yaxın tərəfdə topsuz sahədə “bankirlər”in hücumçusu Rauf Əliyev anidən üzünü tutaraq yerə yıxılıb. Halbuki rəqibin müdafiəçisi Jairo Rodriges onun əlindəki topa vurdu ki, aut tez başlansın.

 

Raufun simulyasiyasına aldanan ehtiyat oyunçular skamyasındakı komanda yoldaşı Pərdis Fərcad-Azad meydana daxil olaraq, Jaironun üzərinə şığıyıb. Komanda yoldaşları onu güclə meydandan çıxarsalar da, baş hakim Fariz Yusifov futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

 

Qeyd edək ki, hazırda davam edən “İnter” – “Neftçi” matçında hesab açılmayıb.

0