Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” matçın hazırlıqlarını yekunlaşdırır. Klubdan apasport.az saytına verilən məlumata görə, “ağ-yaşıllar”la görüş öncəsi heyətdə itkilər var.
XXXII turda “Sumqayıt”la qarşılaşmada zədələnən mərkəz müdafiəçisi Zurab Xizanişvili və hücumçu Rauf Əliyev yenə məşqçilər korpusunun ixtiyarında olmayacaqlar. Hələ də məşqlərə başlamayan əsas heyət üzvlərini həkimlər “Neftçi” ilə növbəti tur matçına yetişdirməyə çalışırlar. Lakin onların paytaxt derbisini buraxmaq ehtimalları da yüksəkdi.
Digər zədəli futbolçu Elnur Abdullayevin isə sabah meydana çıxıb-çıxmayacağı sual altındadı. 4 sarı vərəqə limitini dolduran gənc Abbas Hüseynov da komandasına kömək edə bilməyəcək.
Əvəzində kapitan Nizami Hacıyev, həmçinin müdafiəçi İlkin Qırtımov tam gücləri ilə oynamağa hazırdılar.
Qeyd edək ki, sabah keçiriləcək “İnter” – “Xəzər Lənkəran” görüşü saat 17:00-da başlayacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı