Azərbaycan Premyer Liqasının bu gün keçiriləcək XVIII turunun son iki qarşılaşması daha iki “qapazaltı” faktını ortaya qoya bilər. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” “Neftçi”ni, “İnter” isə AZAL-ı məğlub etsə, bu rəqibdən aldığı xalların sayını 9-a çatdıracaq.
Belə ki, hər iki komanda mövsümün ilk yarısında rəqibinə aman verməyib. Sumqayıtlılar səfərdə 2:1, evdə 2:0 hesabına sevinibsə, “İnter” hər iki oyunda 3 qol vurub – 3:1, 3:0.
Bu matçlaradək 3-cü qarşılaşması baş tutan 14 cütdə isə yalnız 3 belə hal yaşanıb. Belə uğura da liderlər imza atıb. “Qarabağ”ın iki “qapazaltısı” var ki, bunlar da AZAL (6:0, 1:0, 2:1) və “Zirə”di (2:0, 2:0, 2:0). “Qəbələ” isə “Neftçi” (8:0, 4:1, 1:0) ilə duellərdə rəqibinə xal verməyib.