[b]“İnter”lə oyunöncəsi 3 itki[/b]
27.01.2017 - 18:50
[b]“İnter”lə oyunöncəsi 3 itki[/b]

Ölkə çempionatının XV turu çərçivəsində sabah “İnter”lə qarşılaşacaq “Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, matçöncəsi son hazırlıq prosesi 45 dəqiqə davam edib.

 

“Sarı-göylər” Bakı klubu ilə görüşə itkilərlə çıxacaq. Belə ki, qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaq. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Sonuncunun matçın “18-liy”inə salınması mümkündü. Tibbi personal sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.

 

Müdafiəçi Renan Alveş isə cəzalıdı. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.