[b]“İnter Arena”da iki yubiley[/b]
14.03.2017 - 09:44
“İnter” klubunun futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının XXII turunun “Sumqayıt”la qarşılaşmasının taleyini həll edən qola imza atıb. Apasport.az saytının məlumatına görə, komandasına 1:0 hesablı qələbə qazandıran qol yarımmüdafiəçi üçün ikiqat yubiley xarakterli olub.
Belə ki, “İnter”in kapitanı ölkə çempionatlarında 30-cu qolunu vurub. Bu top həm də onun indiki klubunda 25-ci uğuru olub.
Qeyd edək ki, Nizami bu qollardan 6-nı cari mövsümdə vurub.
0
0