[b]“İnyesta Harri Potterdi, möcüzə yaradır”[/b]
27.01.2017 - 10:04
[b]“İnyesta Harri Potterdi, möcüzə yaradır”[/b]

“Düzdü, Denis Suares İnyestanı əvəz edə bilər. Amma bunun üçün inkişaf etməlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

 

Kataloniyalıların çalışdırıcısı İspaniya kubokunun 1/4 final mərhələsinin “Real Sosyedad”la cavab matçında 2 qola imza atan Denis Suares barədə danışıb.

 

Suaresin İnyestanı əvəzləmək potensialından danışan məşqçi Andresi film qəhrəmanına bənzədib: “Dediyim kimi, Suares inkişaf etsə, İnyestanı əvəzləyə bilər. Amma Andres Harri Potterdi, o, möcüzə yaradır. Onun kimi ikinci futbolçunu tapmaq çətindi. Buna rəğmən, ümid edirəm ki, Denis onun layiqli əvəzləyici olacaq. Sadəcə, daha effektli olmalıdı. O, topla yaxşı rəftar etməyi bacarmaqla yanaşı, topsuz da meydanda əla davranır”.