[b]“Jilina”ya Ramil də kömək edə bilmədi[/b]
11.03.2017 - 21:37
[b]“Jilina”ya Ramil də kömək edə bilmədi[/b]

Slovakiya Fortuna Liqasında XXI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin komandası “Jilina” “Streda” ilə qarşılaşıb.

 

Rəqibi ilə səfərdə oynayan sözügedən komanda matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

 

Milli üzvü bu görüşə start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 21 oyundan sonra aktivində 49 xal olan “Jilina” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.