[b]“Kadiz” qələbəyə həsrət qaldı[/b]
07.08.2017 - 01:39
Bir çox klublar yeni mövsüm üçün hazırlıqları davam etdirirlər. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun çıxış etdiyi “Kadiz” də hazırlıq çərçivəsində növbəti sınaq matçını keçirib.
“Sarılar” “Rekreativo” ilə qarşılaşıblar. Görüş milli oyunçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 72-ci dəqiqədə oyuna daxil olub.
0
0