[b]“Kəpəz” 4-ə çatdı[/b]
17.04.2017 - 01:39
[b]“Kəpəz” 4-ə çatdı[/b]

Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticə ilə Şahin Diniyevin yetirmələri uğurlu seriyanı davam etdiriblər. Belə ki, martın 5-də AZAL-la ev matçından sonra daxili arenada üzüntü yaşamayan gəncəlilər ardıcıl 4 matçda qələbə qazanıblar.

 

Üstəlik, qərb təmsilçisi bu qələbələri qapısında qol görmədən əldə ediblər.

 

05.03.2017 “Kəpəz” (Gəncə) – AZAL (Bakı) – 1:1

13.03.2017 “Kəpəz” (Gəncə) – “Zirə” (Bakı) – 1:0

18.03.2017 “Kəpəz” (Gəncə) – “Sumqayıt” – 1:0

09.04.2017 “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı) – 2:0

16.04.2017 “Kəpəz” (Gəncə) – “Qəbələ” – 2:0