“Kəpəz” “Qarabağ”la oyunlarda məğlubiyyət seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, son 5 qarşılaşmada xala həsrət qalan Gəncə təmsilçisi Topaz Premyer Liqasının VI turunun bu gün keçirilən oyununda 1 xala sevinib.
1:1 hesabı ilə başa çatan matçadək “Kəpəz”in “Qarabağ”dan xal aldığı son görüş 4 il əvvələ təsadüf etmişdi. 2012-ci il oktyabrın 4-də qərblilər ev oyununda qolsuz heç-heçəni bayram etmişdilər. 2012/13 mövsümünün cavab oyununda 1:3 hesabı ilə uduzan “Kəpəz” həmin vaxt aşağı dəstəyə yuvarlanıb. Geri döndükdən sonra ötən mövsüm baş tutan 4 qarşılaşmada isə “Qarabağ” rəqibinə aman verməyib. Ağdamlılar səfərdə 3:2 və 2:1 hesabı ilə qalib gəlibsə, evdə darmadağınları sıralayıb – 3:0 və 4:0.
Qeyd edək ki, 1452 gündən sonra qazanılan xal rəqiblərin oyunlarında 9-cu heç-heçəni rəsmiləşdirib. 42 dəfə qarşılaşan komandaların duellərində “Qarabağ” 19, “Kəpəz” 14 dəfə sevinib. Bu matçlarda ağdamlılar 57, gəncəlilər 53 dəfə sevinib. Reynaldonun bugünkü qolu matçlarda 110-cu olub.