[b]“Kəpəz” “Neftçi”yə çatdı[/b]
13.02.2017 - 12:01
Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 turdu məğlub olan “Kəpəz” “Neftçi”nin göstəricinə çatıb.
Qərblilər məğlubiyyət seriyasını XVIII turda “Qarabağ”a uduzmaqla 5-ə çatdırıb. 0:1 hesablı yenilgiyədək “Qəbələ”yə 1:2, “İnter”ə 1:4, “Zirə”yə 0:1 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzmuşdu.
2016-cı il noyabrın 27-də “Neftçi”ni 2 cavabsız qolla məğlub edəndən sonra xala həsrət qalan “Kəpəz” məhz “ağ-qaralar”ın antirekorduna şərik olub. Paytaxt təmsilçisi II-VI turlarda 5 dəfə xalsız qalmışdı.
0
0