[b]“Kəpəz” azarkeşlərinin 10 manat “davası”[/b]
25.09.2016 - 17:07
[b]“Kəpəz” azarkeşlərinin 10 manat “davası”[/b]

Topaz  Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyununda azarkeş qalmaqalı yaşanıb. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, “Kəpəz” fan-klubunun üzvləri arasında mübahisə yaşanıb.

 

Belə ki, fan-klub rəhbəri Elmar Əliyevin müavini olduğu deyilən şəxs azarkeşlərdən birindən pul tələb edib. Əldə etdiyimiz məlumata görə, o, dünən azarkeşə klubun şərfini 10 manata satıb. Azarkeş isə həmin pulu hələ də vermədiyindən, fan-klub üzvü ondan pulunu almağa çalışıb. Digər azarkeşlərin araya girməsi ilə məsələ böyümədən ara sakitləşdirilib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Kəpəz” – “Qarabağ” oyununda hesab 1:1-di.