[b]“Kəpəz” də qələbə qazanarmış...[/b]
13.03.2017 - 17:00
[b]“Kəpəz” də qələbə qazanarmış...[/b]

“Kəpəz”in uğursuz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri 8 oyunluq qələbə həsrətinə son qoyub.

 

Premyer Liqanın XXII turunun “Zirə” ilə ev oyununda 1:0 hesablı qələbə qazanan Gəncə təmsilçisi 2017-ci ildə ilk dəfə 3 xal əldə edib. Belə ki, “Kəpəz” ötən ilin son qarşılaşması və bu il baş tutan III dövrənin 7 görüşündə qalib gələ bilməmişdi.

 

Əvvəl 5 məğlubiyyəti sıralayan, ardınca isə 3 heç-heçə edən qərblilər 107 günlük həsrətə son qoya bilib. Gəncəlilər 2016-cı il noyabrın 27-də “Neftçi”ni 2:0 hesabı ilə yenəndən sonra qələbə nə olduğunu unutmuşdu.