[b]“Kəpəz” debütantla bacarmadı[/b]
08.10.2017 - 20:30
[b]“Kəpəz” debütantla bacarmadı[/b]

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, fürsətdən yararlanan “Səbail” və “Kəpəz” bu gün üz-üzə gəliblər.

 

Sözügedən komandalar “Dalğa Arena”nın 2-ci meydançasında qarşılaşıblar. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 1:1.

 

“Kəpəz”in heyətində Sergey Çernışev fərqlənib. Paytaxt təmsilçisinin qolunu isə Nurlan Novruzov vurub.