“Kəpəz” Şahin Diniyevin rəhbərliyi altında yubiley məğlubiyyətinə üzülüb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin “Admira” ilə Bakıdakı qarşılaşmasında 0:2 hesabı ilə uduzan gəncəlilər 50 yaşlı mütəxəssislə 30-cu dəfə uduzub.
2004-05-ci illərdə də qərbliləri çalışdıran, 2015-ci ilin yayında yenidən komandanın baş məşqçisi postuna qayıdan Diniyev bu oyunadək müxtəlif rəsmi yarışlarda klubu ilə 29 dəfə uduzmuşdu. Avstriyalılar isə bu rəqəmi 30-a çatdırıb.
Bu yenilgilərdən 25-i Premyer Liqa oyunlarına təsadüf edib. Ölkə kubokunda “Kəpəz”in üç məğlubiyyətini görən Diniyev avrokuboklarda yalnız “Admira” ilə görüşlərdə üzülüb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA