[b]“Kəpəz” I divizion klubu ilə oynayacaq[/b]
06.08.2017 - 15:40
Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, “sarı-göylər” birinci divizionda mübarizə aparacaq “Şüvəlan” ilə qarşılaşacaq.
Yoxlama matçı avqustun 7-də “Dalğa Arena”nın süni örtüklü meydançasında keçiriləcək.
Görüş saat 18:00-da başlayacaq.
0
0