[b]“Kəpəz” I diviziondan oyunçu aldı[/b]
04.06.2017 - 16:18
“Kəpəz” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytını məlumatına görə, Gəncə təmsilçisi “çərçivə”ni gücləndirmək üçün əməli fəaliyyətə keçib.
Belə ki, müqavilə ilə “Neftçi”yə məxsus olan qapıçı Ruzi Qiyaslı bundan sonra “sarı-mavili” formanı geyinəcək. “Çərçivə qoruyucusu” ilə bir illik anlaşma imzalanıb.
Qeyd edək ki, Ruzi ötən mövsümü icarə qaydası ilə I Dvizion təmsilçisi “Şəmkir”də keçirib.
0
0