[b]“Kəpəz” itirə-itirə gedir[/b]
13.03.2017 - 00:05
[b]“Kəpəz” itirə-itirə gedir[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz” bu gün “Zirə” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Gəncədə baş tutacaq qarşılaşma öncəsi meydan sahiblərinin itkilər narahat edir.

 

Belə ki, XX turun “Qəbələ” ilə oyununda rəqibi vurduğu üçün qırmızı vərəqə alaraq meydan qovulan və AFFA NİK tərəfindən 4 oyunluq cəzalandırılan Nicat Qurbanovun bu oyunda çıxış etməyəcəyi bəlli idi.

 

Ancaq Şahin Diniyevin problemləri bununla bitmir. “Kəpəz”in daha bir futbolçusu Tural Qürbətov da “Zirə”yə qarşı oynaya bilməyəcək. Oyunçu zədədən əziyyət çəkir.

 

Qeyd edək ki, “Kəpəz” – “Zirə” matçı bu gün saat 15:00-da start götürəcək.