[b]“Kəpəz” kimi aldadır? [/b]
06.01.2017 - 09:27
[b]“Kəpəz” kimi aldadır?  [/b]

“Kəpəz”in qış fasiləsində “Zirə” hazırlıq oyunu keçirmək arzusu elə arzu olaraq da qalacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb gəncəlilərin həmin görüşü oynamaq istədiyi vaxtda “Zirə”nin ölkə xaricində olmasıdı.

 

Belə ki, qərblilərin mətbuat xidməti dünən verdiyi məlumatda komandanın yanvarın 19-da “Zirə” ilə qarşılaşacağını bildirmişdi. Paytaxt klubu isə öz növbəsində yanvarın 18-dən 23-dək Türkiyədə olacağını bəyan edib. Əgər “Kəpəz” xaricə yollanmayacaq və “Zirə” də Antalyada olacaqsa, bu görüş necə baş tutacaq?

 

Görünür, Gəncə klubu dəqiqləşməmiş informasiya yaymaqla həm azarkeşlərini, həm də mətbuatı aldatmaqla məşğuldu.