[b]“Kəpəz” səddini adlamaq gücündəyik”[/b]
09.07.2016 - 12:09
[b]“Kəpəz” səddini adlamaq gücündəyik”[/b]

“Kəpəz” bizim üçün tamamilə naməlum komandadı. Bu rəqib haqda heç nə bilmirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Admira” klubunun baş məşqçisi Oliver Lederer deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində Gəncə klubu ilə qarşılaşacaq avstriyalıların çalışdırıcısı rəqib haqda fikirlərini açıqlayıb. O bildirib ki, mərhələ keçmək iddiasındadılar: “Kəpəz”in “Daçiya”nı səfər qələbəsi ilə keçməsi göstərir ki, rəqibimiz yaxşı komandadı. Amma biz onlarla qarşılaşmada öz oyunumuzu nümayiş etdirmək istəyirik. Rəqibin kimliyinin fərqi yoxdu. Öz oyunumuzu göstərib, istədiyimiz nəticəni qazana bilərik. “Spartak”la matç “Kəpəz”lə duelin müsbət nəticəsinə ümid etməyə əsas verir. Şübhəsiz ki, bu səddi adlamaq gücündəyik”.

 

Qeyd edək ki, “Kəpəz”lə “Admira” arasında ilk oyun iyulun 14-də Avstriyada keçiriləcək.