[b]“Kəpəz” Türkiyədə 3 yoxlama oyunu keçirəcək[/b]
08.06.2017 - 15:22
[b]“Kəpəz” Türkiyədə 3 yoxlama oyunu keçirəcək[/b]

“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı məlum olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 3-4 iyul tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər.

 

Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb. Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaqlar.

 

“Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Şahin Diniyevin yetirmələri qardaş ölkədəki toplanış dövründə üç yoxlama oyunu keçirəcəklər. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaqlar.

 

Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.