[b]“Kəpəz” üçün Bakı-İstanbul-Kişinyov marşrutu[/b]
30.06.2016 - 18:21
[b]“Kəpəz” üçün Bakı-İstanbul-Kişinyov marşrutu[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Kəpəz” – “Daçiya” (0:0) oyunundan sonra iki günlük istirahətə buraxılan Gəncə klubunun üzvləri sabah məşqləri bərpa edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” cavab görüşünə hazırlığı Bakıda keçəcəklər.

 

Gündə bir dəfə məşq edəcək “Kəpəz”in sabahkı hazırlıq prosesi saat 11:00-da başlayacaq. 

 

“Kəpəz”in “Daçiya” ilə cavab oyunu üçün Moldovaya yollanacağı tarix də bəlli olub. Şahin Diniyevin yetirmələri iyulun 6-da yola çıxacaqlar. Bakı-İstanbul-Kişinyov marşrutu üzrə hərəkət edəcək komanda iyulun 8-də axşam saatlarında vətənə dönəcək. “Kəpəz” Kişinyovda “Aria Otel”də məskunlaşacaq. 

 

Qeyd edək ki, “Daçiya” – “Kəpəz” matçı iyulun 7-də keçiriləcək.