[b]“Kəpəz” yenə qabağa düşəcək[/b]
08.07.2016 - 19:53
[b]“Kəpəz” yenə qabağa düşəcək[/b]

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın “Admira” klubu ilə qarşılaşacaq “Kəpəz”in cavab matçının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma planlaşdırıldığı kimi iyulun 21-də deyil, bir gün əvvəl baş tutacaq.

 

Buna səbəb həmin tarixdə Bakıda daha bir Avroliqa matçının, “Qəbələ” – MTK (Macarıstan) görüşünün keçirilməsidir.

 

Belə ki, UEFA qaydalarına görə, bir şəhərdə bir gündə ancaq bir beynəlxalq oyun keçirilə bilər.

 

Məhz bu səbəbdən gəncəlilərin I mərhələdəki “Daçiya” ilə ilk oyunu da 2 gün əvvələ keçirilmişdi.

 

Qeyd edək ki, bu komandalar arasındakı ilk matç iyulun 14-də Avstriyada baş tutacq.