Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünü 5-ci pillədə başa vuran “Kəpəz”də daha 3 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevlə əməkdaşlığı davam etdirməyə qərar verib.
Yeni müqaviləyə qol çəkən futbolçular gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar.
“Kəpəz” daha öncə Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev və Orxan Əliyevlə də yeni 1 illik sözləşmə bağlamışdı.
Qeyd edək ki, Gəncə klubu Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tadas Simaitis, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb.