[b]“Kəpəz”ə qarşı bir itki ilə[/b]
15.03.2017 - 20:11
[b]“Kəpəz”ə qarşı bir itki ilə[/b]

Premyer Liqanın XXIII turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahəti başa vurub. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığa start verib.

 

“İnter”lə son qarşılaşmada zədə almış Mirabdulla Abbasov məşq prosesində iştirak etməyib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda iki tərəfli oyuna hazırlığı yekunlaşdırıb.


Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” oyunu martın 18-də saat 16:00-da Gəncə şəhər stadionunda keçiriləcək.