[b]“Kəpəz”ə Türkiyədə 7 mümkün rəqib[/b]
12.07.2017 - 11:15
[b]“Kəpəz”ə Türkiyədə 7 mümkün rəqib[/b]

“Kəpəz” mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsini Türkiyədə keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 15-dən 25-nə kimi Ərzurumda təlim-məşq toplanışında olacaq “sarı-göylər” 3 yoxlama oyununa çıxacaq.

 

Yoldaşlıq matçlarının təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor”du.

 

“Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.