[b]“Kəpəz”in Cavadov problemi[/b]
10.05.2016 - 12:20
[b]“Kəpəz”in Cavadov problemi[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bakıdakı hazırlığı başa vuran Gəncə təmsilçisi doğma şəhərə yollanıb.

 

“Kəpəz” oyunöncəsi son məşqinə bu gün axşam saatlarında çıxacaq.

 

Komandada cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirir. “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev bu görüşdə yalnız 1 oyunçunun xidmətindən yararlana bilməyəcək. Belə ki, yarımmüdafiəçi Ceyhun Cavadov zədəli olduğu üçün meydana çıxmayacaq. O, analoji səbəbdən “Xəzər Lənkəran”la qarşılaşmanı da buraxmaq məcburiyyətində qalmışdı.

 

Qeyd edək ki, sabah baş tutacaq “Kəpəz” – “Neftçi” matçı saat 16:00-da start götürəcək.